RU

İBA Boks Gecəsinin çəki mərasimi keçirilib

Bu gün İBA Boks Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, “Park Bulvar” da baş tutan tədbir yarış zamanı bir-biri ilə üz-üzə gələcək idmançıların səhnəyə dəvət olunması ilə başlayıb.

Çəki və üz-üzə mərasimindən sonra boksçular tamaşaçılara təqdim olunublar.

Qeyd edək ki, dünyanın ən güclü boksçularının iştirakı ilə Milli Gimnastika Arenasında təşkil olunacaq İBA Boks Gecəsi sentyabrın 28-də baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq.

İdman.biz

Избранный
30
2
idman.biz

10Источники