RU

Bakıda Boks Gecəsinin çəki mərasimi keçirildi - FOTO

İBA Boks Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, "Park Bulvar" da baş tutan tədbir yarış zamanı bir-biri ilə üz-üzə gələcək idmançıların səhnəyə dəvət olunması ilə başlayıb. 

Çəki və üz-üzə mərasimində boksçular tamaşaçılara təqdim olunublar.

Qeyd edək ki, dünyanın ən güclü boksçularının iştirakı ilə Milli Gimnastika Arenasında təşkil olunacaq İBA Boks Gecəsi sentyabrın 28-də baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
23
2
bizim.media

10Источники