Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Ekologiya.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".//Report