ABŞ-ın Şimali Karolina ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. BUTA.TV xəbər verir ki, məlumatı ABC telekanalı yayıb. Hadisə nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub. Bildirilib ki, pilot hava limanına enməyə cəhd etsə də, təyyarə meşə zolağına düşüb.Yerlə toqquşduqdan sonra təyyarə alovlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.