RU

De Yonq “Yanq Boyz”a qarşı oynaya biləcək

"Barselona"nın baş məşqçisi Hans-Ditter Flik yarımmüdafiəçi Frenki de Yonqun Çempionlar Liqasının 2-ci turunun "Yanq Boyz"a qarşı oyununda iştirak edə biləcəyini təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, “Mundo Deportivo” alman çalışdırıcının dediklərini belə çatdırıb:

“Bu, çox yaxşı xəbərdir. Frenkinin komandaya qayıtması çox önəmlidir. Zədəli futbolçularımız çoxdu, oktyabrdan sonra üç futbolçumuzu sağaldacağıq. Futbolçular qayıdanda sevinirik. Frenki komandaya qayıtsa, yaxşı olar”

27 yaşlı yarımmüdafiəçi 2024-cü ilin aprelində topuğundan zədə alıb. Zədə səbəbindən de Yonq Kataloniya klubunda 177 gün və ya 18 matçı buraxıb. “Barselona” oktyabrın 1-də “Olimpiko” stadionunda “Yanq Boyz”la qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayır.

Избранный
39
90deqiqe.az

1Источники