RU

“Bu mövsüm daha maraqlı olacaq" - PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən

"Azərbaycan Kuboku bu mövsüm daha maraqlı olacaq".

Sportinfo.az xəbər verir ki, bunu PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimində deyib.

O, I təsnifat mərhələsində yalnız II Liqa klublarının yarışacağını söyləyib:

"Çünki yarışda Azərbaycan Premyer Liqasının komandaları ilə yanaşı, I və II Liqada mübarizə aparan kollektivlər də qüvvəsini sınayacaqlar.

Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışa I təsnifat mərhələsindən başlayacağıq.

Burada yalnız II Liqa kollektivləri oynayacaq. 1/8 final görüşləri 1 oyundqn ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək".

Azərbaycan Kubokunun I təsnifat mərhələsi oktyabrın 12-13-də start götürəcək.

Избранный
17
1
sportinfo.az

3Источники