RU

İsrail Livana qarşı quru əməliyyatına başladı

İsrail Livana qarşı quru əməliyatına başladı.

Bizixmeber.az NBC-yə istinadən bildirir ki, əməliyyat bir neçə gün davam edə və coğrafi miqyasda məhdud ola bilər.

“Əməliyyat müddəti və əhatə dairəsi ilə məhdudlaşacaq. Əməliyyat həftələr deyil, bir neçə gün davam edəcək”, - telekanal xəbər verir.

ABŞ rəsmisinin sözlərinə görə, İsrail artıq kəşfiyyat əməliyyatlarına başlayıb. Kanalın həmsöhbəti qeyd edib ki, əməliyyat Livan Hizbullah hərəkatının anbarlarını və silahlarını hədəf alacaq.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant  Livanın şiə hərəkatı “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsinin tezliklə başlandığını elan edib.

Избранный
39
bizimxeber.az

1Источники