Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə bağlı iclasının təcili çağırılmasını tələb ediblər.
Publika.az xəbər verir ki, bunu Aİ-nin baş diplomatı Jozep Borrell deyib
O, təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra bildirib: “İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.
Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahatdır.