RU

Xanlar Vəliyev: "Hərbi cinayətlər 24,7 faiz azalıb"

2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalıb.

E-huquq.az-ın məlumatına görə, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində deyib.

Onun sözlərinə görə, eyni zamanda, özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; fərarilik cinayətləri 93,3%; tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; hərbi xidmətdən yayınma cinayətləri 34%; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%; xuliqanlıq cinayətləri 75%; rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalıb.

Избранный
55
17
e-huquq.az

10Источники