RU

Andres İnyesta karyerasını bitirmək qərarına gəlib

Andres

Bakı, 1 oktyabr, AZƏRTAC

İspaniya millisinin və "Barselona" klubunun sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı ulduz oyunçunun qərarını oktyabrın 8-də açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Andres İnyesta 1996-2018-ci illərdə “Barselona”nın şərəfini qoruyub. O, Kataloniya təmsilçisinin heyətində 674 matçda iştirak edib, 57 qol və 136 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" komandası olub.

Избранный
34
8
azertag.az

9Источники