RU

Azərbaycanda makroiqtisadi vəziyyət müsbət tendensiyaları nümayiş etdirir - Şahin Mahmudzadə

Bakı. Trend:

Azərbaycanda makroiqtisadi vəziyyət müsbət tendensiyalarınümayiş etdirir.

Trend xəbər verir ki, bunuAzərbaycan Mərkəzi Bankının icraçı direktoru Şahin MahmudzadəBakıda 2024-cü ilin yarımilliyinə həsr olunan Maliyyə sabitliyihesabatının təqdimatı zamanı bildirib.

"Qlobal makroiqtisadi mühit bir sıra amillərin təsiri altındaformalaşır, bunlar arasında davam edən geosiyasi gərginliklər,Avropa və ABŞ-də faiz dərəcələrinin azaldılması gözləntiləri,qlobal mallar və xammal qiymətlərinin artımının yavaşlaması var.Qlobal tələbin zəifləməsi şəraitində inflyasiya risklərinin artmasımüşahidə olunur ki, bu da sabitlik məsələlərinə əlavə diqqət tələbedir.

Bu xarici çağırışların fonunda Azərbaycanın daxili makroiqtisadivəziyyəti müsbət tendensiyaları nümayiş etdirir. Ölkəniniqtisadiyyatı qeyri-neft sektorunun hesabına artmaqdadır və millivalyutanın real effektiv məzənnəsi sabitdir. İşgüzar fəaliyyətinartırılması və əhalinin gəlirlərinin yüksəlməsi maliyyədayanıqlılığını gücləndirir. Xarici ticarət üzrə müsbət saldo vəstrateji valyuta ehtiyatlarının artması əlavə güc yastığı yaradır",- o vurğulayıb.

Onun sözlərinə görə, ölkə hakimiyyəti vətəndaşların rifahınıyaxşılaşdırmağa xüsusi diqqət yetirir.

"Hökumət və Mərkəzi Bank iqtisadiyyatın dayanıqlığını təminetmək məqsədilə büdcə və pul-kredit siyasəti vasitəsilə iqtisadiartımın dəstəklənməsi üçün tədbirlər görür", - Şahin Mahmudzadəəlavə edib.

Избранный
38
az.trend.az

1Источники