RU

"İrşad Electronics" MMC - CƏRİMƏ OLUNA BİLƏR

"İrşad Electronics" MMC gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.

FED.az  xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddası ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə,  Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Избранный
41
3
fed.az

10Источники