RU

"Müdafiə xətti hələ tam istədiyimiz kimi deyil" - Evren Alkaya

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Quba”ya qarşı keçirilən yoxlama görüşündən danışıb.

Prosport.Az xəbər verir ki, türkiyəli mütəxəssis 66:60 hesablı qələbəni bu cür şərh edib:

"Mövsüm öncəsi məşqçilər komandalarını sınaqdan keçirir. Biz də “Quba”ya qarşı oyunda komandamızın gücünü yoxladıq. Qələbə qazanmaqdan çox komandamızın həyata keçirə biləcəyi ən yaxşı oyun tərzini tapmağa çalışdıq. Doğrudur, “Quba”ya qarşı müdafiədə bəzən reaksiya göstərə bilmədik. Bu da yeni komanda olmasından irəli gəlir. Hansı ki, müdafiə xətti hələ tam istədiyimiz kimi deyil. Amma oyunçularımın keyfiyyətindən razıyam. Lazım olan yerlərdə gücümüzü göstərdik, sürətli oynadıq. İstədiyimiz yerlərdə üstünlük qazandıq. Düzdür, ilk matçlar necə olduğumuzu göstərməz. Amma yoldaşlıq görüşləri keçirib rəsmi matçlara hazır olacağıq. Ümid edirəm ki, ən üst səviyyədə çıxış edəcəyik”.

Избранный
24
1
prosport.az

2Источники