RU

Prokurorluq orqanlarının yaradılması - 106 il

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün-oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Naftalanda 1-oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Goranboy rayon Prokuroru Kamran Məmmədov, ŞPŞ-nin rəisi Zaur Bədəlov, Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Əhməd Həsənli iştirak ediblər.

Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Избранный
120
naftalan-ih.gov.az

1Источники