RU

6 nəfərə qarşı 2 milyon manatdan çox dələduzluq edən şəxsə HÖKM OXUNDU

Bakıda 6 nəfərə qarşı xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Azər Əsgərov Azər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Əsgərovun iş qurmaq adı ilə 6 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır.

Zərərçəkən kimi tanınan şəxslər Mehman Axundov, Emil Rəsulov, Hakan Doygun, Zahide Humeyra Turhan, Abuzər Behbudlu və Rasim Namazovdur.

Ümumi dəymiş ziyan isə 2 milyon 270 min manatdır.

Selcan Zaurqızı, Bizim.Media

Избранный
17
1
bizim.media

2Источники