“Atletiko” azarkeşlərinin “Real”ın futbolçusu Tibo Kurtuaya qarşı etdikləri hərəkətlərinin cəzasını yumşaltmaq istəyir.
QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsi üçün verilən izahatda Kurtuanın ev sahibi azarkeşlərini təxribata çəkdiyi göstərilib. Həmin an videolara düşüb.
Qeyd edək ki, “Atletiko” – “Real” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri rəqibin qapıçısı Tibo Kurtuaya zibil atıblar. Bu səbəbdən futbolçular meydandan çıxarılıb və oyun bir neçə dəqiqəlik dayandırılıb.