RU

Bakıda məktəbin qazanxanasında partlayış baş verib VİDEO

Bakıda məktəbin qazanxanasına baxış keçirilərkən partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, 42 saylı tam orta məktəbdə qeydə alınıb.

Partlayış səsinə məktəbin müəllim kollektivi dərhal qazanxanaya gəliblər. Orda yaralı olduğunu görən kimi təcili tibbi yardıma məlumat veriblər.  

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı kişinin hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə yanıq mərkəzinə təxliyə olunub. Ona xəstəxanada zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

42 saylı tam orta məktəbdən ''Xəzər Xəbər''ə bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları qazanxaya ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

''Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək", - deyə məktəbdən bildiriblər.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hadisədən sonra da məktəbdə dərslər normal qaydada davam edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
35
19
xezerxeber.az

10Источники