RU

Livanı 240 min insan tərk etdi

İsrailin Livana davam edən hücumlarından sonra Suriyaya keçənlərin sayı 240 minə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livan Fəlakət Riskinin İdarə Edilməsi Şöbəsi Livandan didərgin düşmüş insanlarla bağlı məlumat yayıb.

Livanda 23-30 sentyabr tarixləri arasında 239 min 453 nəfərin Livan sərhədini keçərək Suriyaya keçdiyi, bu şəxslərin 176 min 80 nəfərinin suriyalı, 63 min 373 nəfərinin isə livanlı olduğu qeyd edilib

Ötən ilin oktyabrın 8-dən bu yana 1 milyon insanın İsrailin hücumları səbəbilə evlərindən didərgin düşdüyü və bu insanların 155 min 600 nəfərinin sığınacaq mərkəzlərinə yerləşdirildiyi bildirilib. Livanda məcburi köçkünlərin yerləşdirilməsi üçün 875 mərkəz açıldığı vurğulanıb.

 

Gözəl Həşimova

Избранный
26
21
iqtisadiyyat.az

10Источники