RU

Azərbaycanda yeni bəla — Azyaşlı qızlara əqli inkişafı artırmaq üçün kişi hormonu vurulur

Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormon dərmanları ilə cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür.



Bəs Azərbaycanda vəziyyət necədir?



İctimaimedia.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən reseptsiz buraxılan dərman vasitələrinin siyahısı təsdiq olunub:



“Bu siyahıda olmayan dərman vasitələri aptekdən reseptlə buraxılmalıdır. Həmin siyahı ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) www.pharma.az rəsmi saytında “Nəzarət” bölməsinə Qanunvericilik alt bölümünə daxil olaraq tanış olmaq olar”.



Mövzu ilə bağlı  açıqlama verən uşaq endokrinoloqu Nabat Ağayeva isə qeyd edib ki, hormonal preparatlar göstərişə əsasən tətbiq olunmalıdır:



“Yalnız hormonal deyil, istənilən preparatın düzgün göstərişlə tətbiq olunmaması uşaqlarda mənfi fəsadlara yol aça bilər. Ölkəmizdə məsələni daha təhlükəli edən vacib faktor isə bu preparatların nəinki reseptsiz satılması, qeyri-ixtisas sahibləri tərəfindən təyin olunaraq pasientlərə məsləhət görülməsidir. Çünki bu preparatlar bahalıdır. Pasiyentlər özləri könüllü surətdə bu preparatları almırlar. Problem yanlış mütəxəssislər tərəfindən bu preparatların təyin olunmasıdır”.



Endokrinoloq sözügedən preparatların istifadəsindən öncə bu sahənin mütəxəssislərindən göstəriş almağı tövsiyə edir:



“Biz bu hallar ilə təcrübəmizdə çox rastlaşırıq. Məsələn, azyaşlı qız uşaqlarına əqli inkişafı artırmaq niyyəti ilə kişi hormonu vurulur. Nəticədə uşaqda tüklənmə yaranır. Həmçinin androloqlar tərəfindən cinsi inkişafı sürətləndirmək məqsədi ilə hormonal preparatlar məsləhət görülür. Bu da uşaqların boy uzanmasının tez dayanmasına səbəb olur.



Azyaşlılarla yanaşı bu dərmanlardan idman, arıqlama məqsədi ilə böyüklər də istifadə edir. Əlbəttə bunun böyüklər də üçün fəsadları var. Lakin azyaşlılara nisbətən böyüklərdə bu vəziyyəti idarə etmək mümkün olur, çünki onlarda fəsadlar kəskin şəkildə olmur. Eyni zamanda hazırda əzələ gücü üçün hormonal preparatlardan yeniyetmələr də istifadə edir. Bu isə düzgün deyil.



Bütün bu halları nəzərə alaraq, bu preparatların məhz endokrinoloqlar tərəfindən yazılması daha məqsədəuyğundur”.Publika

Избранный
58
16
ictimaimedia.az

10Источники