Xaçmaz şəhərində bıçaqlanma olub.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi Kənan Orucov sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlayıb.
Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.