RU

Yeni baş katib Trampın qələbəsindən narahat deyil

Yeni

NATO-nun yeni baş katibi Mark Rutte Donald Trampın Ağ evə qayıtması perspektivindən narahat deyil. O, ABŞ-nın keçmiş prezidentini müttəfiqlərini müdafiəyə daha çox xərcləməyə təşviq etdiyinə görə tərifləyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Times” nəşrinin materialında deyilir.

Nəşr yazır ki, M. Rutte D. Trampın gələn ay ABŞ-da keçiriləcək seçkilərdə qələbəsinin Kiyevin Rusiyanın işğalına qarşı mübarizəsini pozacağına dair qorxularını aradan qaldırıb və hər iki prezidentliyə namizədi tərifləyib:

“Mən hər ikisi ilə işləyə bilərəm. Seçkinin nəticəsi nə olursa olsun”.

Eyni zamanda, Rutte ABŞ prezidentliyinə digər namizəd Harrisi fantastik siyasətçi və “çox hörmətli lider” kimi xarakterizə edib.

“Mən narahat deyiləm, hər ikisi başa düşür ki, nəhayət, transatlantik münasibətlər təkcə Avropa üçün həlledici əhəmiyyət kəsb etmir”,- NATO-nun yeni baş katibi qeyd edib.

M. Rutte Ukraynanın Rusiya Federasiyasındakı hədəflərə uzaqmənzilli zərbələr endirməsinə qoyulan qadağanın götürülməsini də dəstəkləyib. Onun sözlərinə görə, bu, beynəlxalq hüquqla qadağan olunmayan özünümüdafiə hüququdur. Ruttenin dediyi kimi, unutmaq olmaz ki, Ukrayna aqressiv yox, müdafiə müharibəsi aparır və bu, onun özünümüdafiə hüququna malik olması deməkdir.

E. KAMAL
Избранный
26
reyting.az

1Источники