RU

"İSESCO-nun sərginin fəxri qonağı olması rəmzi məna daşıyır, çünki..." - Nazir

Bu il 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı İSESCO-dur. Bunun özü də rəmzi məna daşıyır.

Musavat.com xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, bu il İSESCO tərəfindən Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib:

"Bu çərçivədə bir çox layihələr təqdim edilir. İSESCO Azərbaycanla əlaqələrini inkişaf etdirir. Xüsusilə də elm, təhsil, mədəniyyət sahəsində əsas fəaliyyət istiqaməti olaraq əlaqələrin genişlənməsində bu təzahürlər büruzə verir. Ona görə də 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində yaş kateqoriyasından asılı olmayaraq bütün oxucu kontingenti üçün maraqlı tədbirlər olacaq.

Builki sərgidə iştirakçıların sayı da ötənilki ilə müqayisədə çoxdur. Bu il 18 ölkəni əhatə edən 56 xarici naşir və 110 yerli naşir sərgidə iştirak edir. Sərgi bu gündən öz işinə başlayır və 8 oktyabra qədər davam edəcək. Sərgi günlərində görkəmli yazıçılar ilə görüşlər təşkil olunacaq".

Afaq Mirayiq,
Musavat.com

Избранный
97
1
musavat.com

2Источники