Yaponiyanın Miyazaki hava limanında partlayış səbəbindən sonra bütün uçuşlar ləğv edilib.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
“Hazırda bunun dəqiq partlayış olub-olmadığını yoxlayırıq. Hadisənin səbəbi müəyyənləşdirilir, lakin yaxın zamanda zolaqların açılması mümkünsüzdür”, - deyə telekanal hava limanı administrasiyasının mesajından sitat gətirir.
Qeyd olunur ki, hadisə yerində iki yanğınsöndürmə briqadası işləyir.
Havar Şəfiyeva