RU

Kanak xalqı! Gələcək Makronun yox, Sizindir...- AYDIN QULİYEV

AYDIN QULİYEV

Əla, Kanak xalqı, Fransa üzərində böyük qələbən mübarək! Ancaq bütün Azərbaycanın və şəxsən  prezident İlham Əliyevin bu böyük uğurlar naminə  Sizə verdiyi tarixi və həlledici dəstəyi də unutmayın və unutmayacağınıza əminik.
Düz 1 il əvvəl- 2023- cü ilin iyulunda Fransanın Sakit okeanda müstəmləkə əsarətində saxladığı xalqlara, o cümlədən  əfsanəvi Kanak xalqına dəstək üçün təsis edilmiş " Bakı prosesi" platforması tarixi nəticələrini göstərməyə başladı.Fransanın əsarətinə düşdükləri 1853- cü ildən bu yana Yeni Kaledoniyanın Kanak xalqı yəqin belə şad xəbəri ilk dəfə idi alırdı.Dünya müstəmləkə sisteminin dağıldığı ötən əsrin 60- cı illərindən azadlıq arzusuna qovuşa bilməyən Kanak xalqı Fransanın zülmü altında qalmaqda davam etdi, dünyanın 14- ə yaxın belə ərazilərinin Fransa və Hollandiya müstələkəsindən azad edilməsi məqsədi ilə təsis edilmiş BMT " Dekolonizasiya komitəsi" nin də səyləri nəticə verməmişdi,əksinə, fransızlar Kanak xalqı ilə 1998- ci ildə imzaladıqları Numea sazişinə də nümayişkaranə şəkildə saymazlıq edirdilər.Hansı ki, Kanak xalqına daha çox müstəqillik vəd edirdi.Rəsmi Paris son 5 ildə bu xalqın keçirdiyi 2 müstəqillik referendumunu da min bir hoqqa ilə iflasa uğratmışdı.
Tale və " Bakı prosesi" Kanak xalqının üzünü nəhayət  güldürdü.Məhz " Bakı prosesi " çərçivəsində dünyanın ən müxtəlif yerlərində ,Bakıda Kanak xalqının azadlıq mübarizəsini və etirazlarını bəşəriyyətə çatdırmaq üçün mötəbər toplantılar keçirildi, bunların hər birinə Azərbaycan dövləti güclü dəstək verdi.Fransanın bu gün Azərbaycana qarşı apardığı dərin düşmənçilik və qərəz siyasətinin kökündə dayanan şeylərin biri budur.Fransa bizimlə tək ermənilərin davasını döymür ki...Həm də Kanak xalqının haqlarını müdafiə etdiyimiz üçün bizdən qisas alır...

Bunlar öz yerində.Bizim üçün önəmlisi odur ki. Kanak xalqının haqları öz yerini tutur.Fransa bu mübariz xalqa böyük güzəştlər etməyə məcbur qaldı.

1.Kanak xalqının işi ilə bundan sonra Fransanın sahə naziri yox, birbaşa baş nazir özü məşqul olacaq.

2.İndiyədək həmişə Kaledoniyaya ordu göndərən Paris bundan sonra dialoq üçün parlamentin hər iki palatasının sədrlərini göndərməli olacaq.

3.Yeni Kaledoniyada 2024 - cü ilin sonlarına təyin edilmiş əyalət seçkiləri 2025- ci ilin sonlarına keçirildi .

4 .Kanaklardan olmayan miqrantlara seçki hüququ verməklə rəsmi Parisə istənilən seçkini idarə etmək imkanı verən 2024- cü ilin mayında qəbul olunmuş qanun layihəsinin Parlamentin müzakirəsinə verilməsi ləğv olundu.

Demək, Fransanın hər seçki və referendumdan sonra Kanak xalqının iradəsini əlində oynatmaq imkanları xeyli məhdudlaşdırıldı...
Bir daha mübarək, Kanak xalqı! Gələcək Makronun yox, Sizindir...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
1
olaylar.az

2Источники