RU

İsrail və ya ABŞ cavab verəcəyi təqdirdə İran yüzlərlə raketi hazır vəziyyətdə saxlayır

İsrail və ya ABŞ Tehranın yəhudi dövlətinin ərazisinə kütləvi hücumuna cavab vermək qərarına gələrsə, İranda yüzlərlə raket hazır vəziyyətdədir.

Bu məlumatı “The New York Times” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki nümayəndəsinə istinadən yayıb.

İran ordusu İsrail və ya onun əsas müttəfiqi ABŞ-ın cavab olaraq zərbə endirəcəyi təqdirdə, onları buraxmaq üçün yüzlərlə raket hazırlayıb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin İranın İsrailə hücumunu “qeyri-adi təcavüz aktı” adlandırmışdı.

Mənbə The New York Times

Избранный
30
1
dogru.az

2Источники