RU

Bu yolda hərəkət məhdudlaşdırılacaq

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 3 oktyabr saat 23:00-dan 4 oktyabr 06:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
26
32
milli.az

10Источники