RU

"Mançester Siti"nin futbolçusu həbs edildi

"Mançester Siti"nin ingilis futbolçusu Matheus Nunes Madriddə mobil telefon oğurlamaqda şübhəli bilinərək həbs edilib.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, hadisə 2024-cü il sentyabrın 8-də Madriddə baş verib. Nunes gecə klubunun tualetində onun fotosunu çəkən şəxsin əlindən mobil telefonunu alıb.

Nunes polis bölməsinə aparılaraq sorğu-sual edilib. Hazırda o, həbsdədir, məhkəmənin qərarını gözləyir.

İngiltərə Premyer Liqasının (APL) cari mövsümündə Nunes üç oyun keçirib, qol vurmayıb. Nunes Çempionlar Liqasında bir oyun keçirib.


Избранный
8
1
news24.az

10Источники