Aktual.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib.
Onun sözlərinə görə, indi düşmən dominant yüksəkliklərə nəzarət edəcək və ukraynalı müdafiəçilər faktiki olaraq möhkəmləndirilmiş mövqelərə çəkilməli olacaqlar:
"Sonra hər şey düşmənin hərəkətlərinin xarakterindən asılı olacaq. Onlar yəqin ki, şimal-qərbə doğru hücumlarını davam etdirəcəklər və bu istiqamətdən Kuraxovoya doğru hərəkət edəcəklər".
Qeyd edək ki, rus ordusu Donetsk vilayətinin Uqledar şəhərini tamamilə işğal edib.