RU

Sülh müqaviləsi Ermənistanı xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur- ÖZƏL

"Qlobal təhlükəsizlik böhranın genişləndiyi bir dövrdə Ermənistanın revanşist meyllər fonunda silahlanması və silahlandırılması regional istiqrara təhdidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib: "Məğlub tərəf olaraq 10 Noyabr bəyanatı və ondan sonra inkişaf edən siyasi proseslər çərçivəsində üzərinə götürdüyü öhtəliklərin icrasından imtina edən rəsmi İrəvan, sülh danışıqlarında vaxt uzatmağa hesablanmış gedişlər edir. Hal hazırda rəsmi Bakı Ermənistanla münasibətləri normallaşdırmağa çalışsa da, sərhəd mübahisələri, siyasi, iqtisadi və etnik məsələlər hələ də tərəflər arasında gərginlik predimenti olaraq qalmaqdadır.

Bununla yanaşı, İkinci Qarabağ Müharibəsindən sonra ölkə sərhədlərini üçüncü qüvvələrə açan Nikol Paşinyan hökuməti, həmin güclərin diktəsinə əsasən müstəqil qərarlar qəbul etməkdə çətinlik çəkir. Qardaş Türkiyə  Cumhuriyyəti və Rusiyanın qarşısında Afrikada ciddi nüfuz itirən Fransa, itirilmiş imicini bərpa etmək üçün Ermənistan üzərindən Cənubi Qafqazda yeni bir cəbhə açmaq istəyir. Lakin özünün imperialist və neokolonialist siyasətini regiona gətirmək istəyən Fransanın çirkin niyyətinin qarşısı ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə alınır.

Cənab Prezidentin Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda rəsmi Parisin destruktiv və neokolonialist siyasətini ifşa etməsi Fransanı  nüfuzdan salır. Buna görə də, Makron administrasiyası Azərbaycana qarşı münasibətdə Ermənistandan plasdarm kimi istifadə edir. Hər zaman himayəçi bir gücün varlığına möhtac olan İrəvan isə  müqqədaratını Parisin və Qərbin ixtiyarına verir. Ancaq onlar başa düşmür ki, Azərbaycanın irəli sürdüyü tələblər fonunda ölkəmizlə sülh müqaviləsi imzalamaq Ermənistanı blokadadan və xarici qüvvələrin diktəsindən çıxartmağın yeganə yoludur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
51
3
olaylar.az

4Источники