Bərdədə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb. Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib. Hər ikisi Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info