RU

"İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı konfrans keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı konfrans keçirilib.

 

Konfransda giriş nitqi ilə çıxış edən BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müxtəlif sahələrə həsr olunan mövzuların müzakirə edildiyini bildirib. Nigar Arpadarai qeyd edib ki, bu il Bakıda keçiriləcək COP29 tədbirində enerji, su istehlakı, kənd təsərrüfatı, maliyyə və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq. Bizim əsas məqsədimiz gəncləri bu problemlərin həllinə təşviq etməkdir. 

 

COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişmələri haqqında dialoqlarda uşaqların diqqət mərkəzində olmasının vacibliyini qeyd edib.  

 

UNICEF-in Davamlılıq və İqlim üzrə Regional məsləhətçisi Maria Osbek də öz növbəsində Avropada və Mərkəzi Asiyada 160 milyon uşağın iqlim dəyişmələrinin təsirlərinə görə yüksək və orta-yüksək olaraq təsnif edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2021-ci ildə 6 min 400 uşaq havanın çirklənməsi səbəbindən erkən ölüb. Onlardan 85 faizi bir yaşına çatmadan vəfat edənlərdir. Hər 10 uşaqdan biri çay daşqınları ilə üzləşmə riski daşıyır. 

 

 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi nazirliyin prioritet istiqamətlərindən biridir. 

 

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Azərbaycanın ümumi təhsil müəssisələrində iqlim dəyişikliyinə həsr olunan tədbirlər, uşaq və gənclərin bu yöndə maarifləndirilməsi istiqamətində təhsil müəssisələrində aparılan işlər barədə məlumat verib. 

 

 

Konfras gənc iqlim elçisi Oruc Bayramov, UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova və Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalovanın, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Aslanbəyovanın çıxışları ilə davam etdirilib. 

 

 Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, müzakirələr aparılıb.

Избранный
10
2
qht.az

4Источники