RU

Metan antropogen qlobal istiləşmənin təxminən 30 faizinin səbəbidir - Ətraf Mühitin Mühafizəsi üzrə Fond

Bakı. Trend:

Antropogen qlobal istiləşmənin təxminən 30 faizinin səbəbimetandır və əgər biz metan emissiyalarını tez bir zamanda azaldabilsək, dünya yaxın onilliklərdə çox daha ekoloji təmiz olacaq.

Trend xəbər verir ki, bubarədə Ətraf Mühitin Mühafizəsi üzrə Fondun (EDF) baş elmi işçisi,professor Stiven Hamburq “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrəFəaliyyət Həftəsi” çərçivəsində keçirilən “Metanla bağlıirəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs(AGMR)” adlı konfransının panelində bildirib.

Onun sözlərinə görə, metanın atmosferdəki qalma müddəti nisbətənqısa olsa da, o, təbiətə böyük ziyan vurur və buna görə də onunemissiyalarının azaldılması CO2 emissiyalarının azaldılması qədərvacibdir.

“İqlim üzrə islahatlar həyata keçirilməzsə və metanemissiyalarını azaltmaq üçün tədbirlər görülməzsə, nəticələri ağırolacaq. Hərəkətsizlik bəşəriyyətin yalnız 2100-cü ildə metanemissiyalarının məqbul göstəricilərinə çatmasına səbəb ola bilər,amma gecikmək yolverilməzdir, aktiv tədbirlər lazımdır”, - StivenHamburq qeyd edib.

O, metanın CO2-dən daha sürətli yox olduğunu vurğulayıb.

"Enerji sahəsində fəaliyyət göstərən şirkətlər metanemissiyalarının ən çox olduğu sahələrdə emissiyaların izlənməsiniartırmalı və onların azaldılması üçün ən yeni texnoloji yollardanistifadə etməlidir”, - əlavə edib.

Избранный
35
16
az.trend.az

10Источники