RU

Husilər Qırmızı dənizdə neft tankerinə kamikadze katerlə hücum etdilər - ANBAAN VİDEO

Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri kamikadze kateri vasitəsilə Britaniyanın "Cordelia Moon"a neft tankerinə hücum ediblər. Gəminin təhlükəsizlik xidmətinin əməkdaşları onu vura bilməyiblər.

Avtosfer.az xəbər verir ki, bu barədə topwar.ru xəbər yayıb.

Bildirilib ki, gəmi rəsmi olaraq Panama şirkətində qeydiyyatdan keçib və Liberiyanın bayrağı altında üzsə də, Britaniyaya məxsus olub.

Husilər gəmiyə hücum etmək üçün partlayıcı maddələrlə dolu pilotsuz qayıqdan istifadə ediblər. "Cordelia Moon"un göyərtəsindəki təhlükəsizlik qrupu kamikadze qayığının yaxınlaşdığını görüb ona atəş açsa da, təhlükəni neytrallaşdırmaq mümkün olmayıb.

Yəmən üsyançılarının rəsmi nümayəndəsi Yəhya Sarianın sözlərinə görə, qayığın tankerə zərbəsindən sonra bir neçə raket də atılıb.

Bundan əvvəl husilər artıq ABŞ-yə məxsus 10-cu "MQ-9" kəşfiyyat-zərbə pilotsuz təyyarəsinin məhv edildiyini bildiriblər. ABŞ heç bir münaqişədə bu qədər PUA itirməyib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etməyə başlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır.

(oxu.az)

Избранный
46
2
avtosfer.az

3Источники