RU

İtkin düşmüş şəxslərlə bağlı konfransın iştirakçıları Ağdərədə minatəmizləmə prosesini izləyiblər (VİDEO)

Ağdərə. Trend:

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqətibilmək” hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransıniştirakçıları Ağdərədə minaların zərərsizləşdirilməsi prosesiniizləyiblər.

Trend xəbər verir ki, səfəriştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindənaparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətindəqadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanınaçevrildiyi bildirilib, basdırılmış minaların regionda həyatakeçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öztorpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir vəitkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl XaçKomitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslərprobleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnundəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkilolunub.

Избранный
15
2
az.trend.az

3Источники