RU

Motta “Leypsiq” üzərində əzmkar səfər qələbəsini şərh etdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motta UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Leypsiq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İtaliya nəhəngi Almaniya klubu ilə səfər oyununda əzmkar qələbəyə (3:2) sevinib.

Braziliyaəsilli italiyalı mütəxəssis qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz oyuna düzgün münasibətlə yanaşdıq. Bu, layiqli qələbədir. Bu oyunda xeyrimizə olmayan vəziyyətlərin öhdəsindən yaxşı gəldik. Uşaqlar mübarizəni davam etdirdilər, diqqətlərini cəmlədilər və bura nə üçün gəldiyimizi həyata keçirmək üçün qətiyyətlidirlər. Biz oyundan və nəticədən razıyıq”, deyə Motta vurğulayıb.

Xatırladaq ki, oyunun gedişində “byankoneri” iki dəfə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbəni qopara bilib.

İki turdan sonra “Yuventus” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 7-ci pillədə qərarlaşıb. Xalsız “Leypsiq” isə 29-cu pillədədir.

Избранный
26
arena.az

1Источники