Bu ölkələr vətəndaşlarına çağırış etdi — İranı tərk edin
Oktyabrın 1-i gecə saatlarında İranın İsrailə raket hücumundan sonra İranı tərk etmək üçün vətəndaşlarına müraciət edən ölkələrin sayı 11-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu, İsrailin İrana ehtimal olunan cavab zərbələri ilə bağlıdır.
Məlumata görə, Danimarka, Fransa, Niderland, Avstriya, Belçika, İspaniya, Hindistan, Britaniya, İtaliya, Almaniya və Rusiya Xarici İşlər nazirlikləri bəyanat yayaraq, vətəndaşlarının İranı tərk etmələrini istəyiblər.
Bəyanatlarda həmin ölkələrin vətəndaşlarına İrana səfər etməmələri barədə xəbərdarlıq edilib.