RU

Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi

Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Mayotta adasından olan nümayəndələr iştirak ediblər.

Konfransın məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək idi.

Tədbir çərçivəsində iştirakçıların öz təcrübələrini bölüşdükləri, müstəmləkəçiliyin nəticələri ilə mübarizə yollarını müzakirə etdikləri və Afrika ölkələrinin qlobal siyasətdə mövqelərini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinin vurğulandığı üç panel iclas keçirilib.

Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.

Избранный
25
7
publika.az

10Источники