RU

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir – FOTO

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra olunub.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

DOĞRU.AZ

image-17279614275211547745_1200x630 image-17279614273012244625_1200x630 image-17279614274351453014_1200x630 image-17279614276217525905_1200x630 image-17279614275219731713_1200x630

Избранный
13
18
dogru.az

10Источники