RU

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “Push30” mobil tətbiqinə inteqrasiya olunub.

Artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə öz hesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Belə ki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi, pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası (üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsin həqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
9
9
banco.az

10Источники