RU

Hikmət Hacıyev Gəncə terrorunun ildönümü ilə bağlı paylaşım edib

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım edib

"Operativ Media" xəbər verir ki, o, bu barədə "X" sosial mediasında paylaşım edib.

"2020-ci il oktyabrın 4-də Azərbaycanın Gəncə şəhəri Ermənistan tərəfindən atılan Skad ballistik raketləri ilə vurulub. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ilk ballistik raketlərdən istifadə halı idi. Məqsəd dinc əhali arasında kütləvi qırğınlara səbəb olmaq, terror törətmək idi", - deyə paylaşımda qeyd olunub.

Избранный
10
9
operativmedia.az

10Источники