RU

Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq

Keçmiş Qarabağ münaqişəsi Azərbaycanın otuz ilə yaxın müddətdə yaşadığı ağrılı, itkilərlə dolu problemi olmuşdur. Bu illər ərzində xarici havadarlarına arxalanan ermənilər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlara məhəl qoymur, əksinə “hərbi güclərinə” arxalanaraq yeni əraziləri ələ keçirməklə şou xarakterli çıxışlar edirdilər. Azərbaycan hər zaman münaqişəni siyasi müstəvidə həlli tərəfdarı olmuşdur. Lakin hadisələrin gedişatı ermənilərin bu addımı düzgün qiymətləndirmədiyini göstərirdi.

27 sentyabr 2020-ci il Qarabağ münaqişəsinə son qoyulması istiqamətində mühüm gündür. Həmin gün xalqın uzun illər gözlədiyi, illərlə tökülən günahsız qanların qisasının alındığı, ata-baba torpaqlarımızın Vətənin igid övladlarının əzmi, fədakarlığı sayəsində kənd-kənd, şəhər-şəhər geri alındığı qələbənin başlanğıcı idi. “Dəmir Yumruq” geridə qalan işğala Azərbaycan tərəfinin dözümünə səbəb məsələnin müharibə yolu ilə deyil, danışıqlarla həll etmək istədiyini anladırdı. “Dəmir Yumruq” minlərlə insanın Xocalıda, ümumilikdə ermənilərə əsir düşən, ağlasığmaz işgəncələrə məruz qalan, vəhşicəsinə qətlə yetirilən şəhidlərimizin, hələ də sonu naməlum qalan  itkinlərimizin qisasının alındığını anladır. Bu Vətən müharibəsi idi. Çünki Müzəffər Ordumuz 30 illik həsrətə son qoyaraq ədaləti gücü, peşəkarlığı ilə bərpa etdi.

Azərbaycan Ordusu Qarabağ Zəfərilə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, şəhidlərimizin qisasını aldı. Çətin relyef və bu illər ərzində ermənilərin yaratdıqları istehkamları məhv etmək Müzəffər Ordumuzdan xüsusi peşəkarlıq tələb edirdi. Ermənilər dağıdıcılıqları, yaratdıqları döyüş istehkamları ilə bir daha Qarabağın onlara aid olmadığını göstərirdilər. Azərbaycan Ordusunun əzmi, şücaəti təkcə işğala son qoymadı, eyni zamanda peşəkarlığı ilə dünya hərb tarixinə düşəcək qəhrəmanlıq səlnaməsi yaratdı.

Ermənilər dünyaya özlərini “qədim tarixə” malik, “qəhrəman xalq” kimi təqdim edir, Qarabağın onlara aid olduqlarını bildirirdilər. Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad olunmasından sonra təəssüfedici mənzərə ilə qarşılaşdıq. Bu illər ərzində ermənilər nəinki quruculuq işləri aparmamış, əksinə evləri, tarixi abidələri, məscidləri viran qoymuşdur. Çünki Qarabağın onlara aid olmadıqlarını, bu torpaqların sahiblərinin geri dönəcəklərini bilirdilər.

4 oktyabr 2020-ci il tarixində Cəbrayılın işğaldan azad olunan günüdür. Həmin ilin 16 noyabrında Xudafərin körpüsündə, Cəbrayıl şəhərində Dövlət bayrağı ucaldıldı. 26 noyabr 2020-ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.

Cəbrayılın azad olunması 2016-cı ildə Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinin və Lələtəpə yüksəkliyinin azad olunmasından başlanmışdır. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtmasının mümkün olması uzun fasilədən, atəşkəsdən sonra Azərbaycanın böyük qələbəsi idi.

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayılda quruculuq işləri aparılmağa   başlanıldı. Cəbrayılda sürətlə yeni dövr və bərpa-quruculuq işləri aparılır. Belə ki,   “Xudafərin” hidroqovşağı istismara verilmişdir və “Qız Qalası” hidroqovşağının açılışı olmuşdur. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi açılmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olmuşdur.

05 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Cəbrayıl rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında demişdir: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim  şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğaldan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi.”

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Избранный
22
ikisahil.az

1Источники