RU

Azərbaycanın "yaşıl artım" və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetləri müzakirə olunub

Ölkəmizin "yaşıl artım" və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə keçirdiyimiz görüşdə birgə icra edilən layihələr, aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.

Избранный
10
1
vergiler.az

10Источники