RU

Polis rəisi yaxın dostu olan hakimi ofisində güllələdi – ANBAAN VİDEO

ABŞ-nin Kentukki ştatının keçmiş polis rəisi Mikki Stines dostu, rayon hakimi Kevin Mullinsi ofisində öldürməkdə ittiham olunur.

Medianews.az xəbər verir ki, hadisənin müşahidə kamerası görüntülərində Stinesin hakimə 8 dəfə atəş açdığı görünür.

Stines qətldən sonra təslim olub və həbs edilib.

Hadisədən əvvəl iki dost digər həmkarları birlikdə nahar ediblər. Onların yeməkdən sonra Mullinsin ofisində təkbətək görüş keçirdikləri məlum olub. Kadrlarda Stinesin bir neçə telefon danışığı etdiyi və daha sonra hadisənin baş verdiyi görünür.

Qətldən sonra Stines təslim olub. Onun həbs olunarkən “Mənimlə ədalətli davranın” və “Arvadımı və uşağımı qaçırmağa çalışırlar” kimi qəribə ifadələr işlətdiyi bildirilir.

Stines əvvəllər Mullins məhkəməsində məhkəmə icraçısı kimi çalışıb. İkisi uzun illər dostluq ediblər.

Hazırda həbsdə olan Stines qətli törətmədiyini iddia edir. Günahı sübuta yetirilərsə, o, dövlət məmurunu öldürməkdə təqsirli bilinərək ölüm cəzası ala bilər.

Medianews.az

Kentucky'de

Kentucky'de

Kentucky'de

Избранный
26
medianews.az

1Источники