RU

“Belarus Ukraynanın bərpasına kömək etməyə hazırdır”- LUKAŞENKO

“Belarus Ukraynanın bərpasına kömək etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

Lukaşenkonun sözlərinə görə, hələ ki Ukrayna rəhbərliyi amerikalılar tərəfindən idarə olunur: “Nəyisə həll etmək lazımdırsa, Vladimir Zelenski dərhal Vaşinqtona uçur. O, razılığa gəlmək üçün Minsk və Moskvaya gəlmir. Zelenski düşünür ki, amerikalılar müharibədən sonra Ukraynanı bərpa edəcək və onlar qüdrətli, güclü və müdrik olacaqlar. Halbuki heç kim bərpa etməyəcək. Hakimiyyət dəyişəcək və deyəcəklər: “Volodya, sən kimsən?”.

Belarus lideri əmindir ki, ABŞ-ın yeni hakimiyyəti öz ölkələrindəki problemlərlə məşğul olacaq və Ukraynaya vaxtı qalmayacaq.

Azpost.info

Избранный
12
4
azpost.info

5Источники