RU

Eminem baba olmağa hazırlaşır: yeni klipdə təsirli etiraf

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfsanəvi reper Eminem tezliklə baba olacağını açıqlayıb. O, sevindirici xəbəri pərəstişkarlarına maraqlı üsulla - "Temporary" mahnısına çəkilmiş kliplə elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, arxiv materiallarından hazırlanmış təsirli videoda Eminemin qızı Heyli Ceyd Skottun böyüməsi nümayiş etdirilir. Klipdə, həmçinin qızın atasına hamiləliyi barədə xəbər verdiyi an da yer alır; o, atasına "Nömrə 1 Baba" yazılmış köynək hədiyyə edir və USM şəklini göstərir.
Qeyd edək ki, Heyli Ceyd Skot sevgilisi Evan Makklintokla may ayında evlənib. 2016-cı ildən bəri görüşən cütlük kollecdə oxuyarkən tanış olmuşdular. Heyli psixologiya, sevgilisi isə iqtisadiyyatı oxuyub.
"Temporary" mahnısı reperin yeni "The Death of Slim Shady" albomunda uşaqlarına həsr olunmuş iki mahnıdan biridir. Digər "Somebody Save Me" mahnısında musiqiçi Heyli və qardaşı uşaqlarından narkotik və alkoqol asılılığına görə üzr istəyir, bu səbəbdən onların uşaqlıq və gəncliyinin bir çox vacib anlarını qaçırdığı üçün təəssüfünü bildirir.
Избранный
26
oxu.az

1Источники