RU

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib

Bakı. Trend:

Oktyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Trendxəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Musa Quliyev Yeddinciçağırış Milli Məclisə üzv seçilən deputatlara təbrikləriniçatdırıb, onlara uğurlar arzulayıb. O qeyd edib ki, iclasıngündəliyinə Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payızsessiyası üçün iş planı və 4 qanun layihəsi daxil edilib.

Musa Quliyev bildirib ki, komitənin qarşıdakı sessiya üçün işplanında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaqqanun layihələrinin, büdcə zərfinə daxil olan sənədlərin, həmçininqanunlara təklif olunan dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.Bununla yanaşı, sessiya ərzində “Əhalinin məşğulluğunun artırılmasısahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda ictimaidinləmənin keçirilməsi də planlaşdırılır.

İş planı təsdiqləndikdən sonra Milli Məclis Apatarının Sosialqanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ciməsələsi olan “Valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsibarədə məlumat verib.

O bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AzərbaycanRespublikası Qanununun 8-ci maddəsinə əsasən, sözügedənkateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslərilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindənaz olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habeləmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişnormalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və yaöz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə(265 manat) təmin olunurlar.

Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi vədigər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar,ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinəverilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətintərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrəorta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manatmüəyyən edilməsi təklif olunur.

Sonra Adil Vəliyev gündəliyin 3-cü məsələsi olan “Turizmhaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsibarədə” Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumatverib.

O bildirib ki, dəyişikliyə əsasən, turizm və rekreasiyazonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyatakeçirilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Sonra Adil Vəliyev gündəliyin qalan 2 məsələsinin uyğunlaşdırmavə terminoloji xarakterli dəyişikliklərlə bağlı olduğunu diqqətəçatdırıb. O bildirib ki, “Arbitraj haqqında” AzərbaycanRespublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəliQanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəziqanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi vəAzərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığortahaqqında” və Tibbi sığorta haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə təklifolunan dəyişikliklər qanunvericiliyin daha da təkmilləşdirilməsinəxidmət edir.

Gündəlikdəki məsələlər barədə çıxış edən komitə sədrinin müaviniElşad Musayev, deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, SoltanMəmmədov, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova,Səttar Möhbalıyev, Sevinc Hüseynova qanun layihələri barədə qeyd vətəkliflərini bildiriblər.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin şöbə müdiri Babək Hüseynov, Dövlət Turizm Agentliyininşöbə müdiri Elgün Cavadov deputatların qaldırdıqları məsələlərəaydınlıq gətiriblər, onların suallarını cavablandırıblar.

İclasda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planıtəsdiqlənib, gündəlikdəki qanun layihələri isə Milli Məclisinplenar iclasına tövsiyə olunub.

Toplantıda Milli Məclisin deputatı Bədəl Bədəlov və digər rəsmişəxslər də iştirak ediblər.

Milli
Milli
Milli
Milli
Избранный
5
4
az.trend.az

6Источники