RU

Roberto Alvarado mətbuat mərkəzində fişəng partlatdı - Qalmaqal

“Qvadalaxara”nın meksikalı yarımmüdafiəçisi, “Birə” ləqəbi ilə tanınmış Roberto Alvarado klubun mətbuat mərkəzində fişəng partladıb.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Hadisə mətbuat konfransı başlamazdan əvvəl, mətbuat mərkəzində törədilib. Partlayış zamanı mətbuat otağında jurnalistlər və klubun iki oyunçusu olub. Bildirilir ki, 26 yaşlı meksikalı futbolçu komanda yoldaşları ilə şit zarafat etmək istəsə də, bunun nəticəsini göz altına almayıb. Partlayış nəticəsində otağa alov dilləri saçılıb, gurultu düşüb, iy basıb. İnsanlar qorxuya düşüblər, ətrafdakıları təlaş bürüyüb. Bir sözlə, aləm bir-birinə dəyib.

Hadisədən dərhal sonra Roberto Alvarado məsuliyyəti üzərinə götürübz. O, törətdiyi hadisəyə görə üzr istəyib.

Meksika Liqası kluba bəyanatla çıxış edib. Liqa istintaqın aparılmasını və hadisədə iştirak edən hər kəsin cəzalandırılmasını xahişlə tələb edir. Vurğulayaq ki, nizamnaməyə əsasən, Meksika liqasının oyunçulara qarşı cəzalar tətbiq etmək hüququ yoxdur.

Избранный
11
arena.az

1Источники