RU

"Waze" şirkətinin həmtəsisçisi Bakıya gəlir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Waze" şirkətinin həmtəsisçisi Uri Levine PAŞA Holding tərəfindən təşkil edilən "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. Uri Levine qlobal naviqasiyanı necə dəyişdirdiyini, eləcə də milyardlarla dəyəri olan şirkətləri necə təsis etdiyini haqqında təcrübəsini bölüşəcək.
Bununla yanaşı, tədbirdə "YouTube" şirkətinin həmtəsisçisi Steve Chen, "Genai Works" şirkətinin yaradıcısı Steve Nouri, "Nvidia" şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, "Nestlé" şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, "Vodafone" şirkətinin region üzrə rəhbəri Johannes Hummes, "Amazon" şirkətinin vitse-prezidenti Werner Vogels, "Avito" şirkətinin keçmiş baş marketinq direktoru Maxim Kan və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlər də iştirak edəcəklər.
Qeyd edək ki, "INMerge" İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində PAŞA Holding-in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.
Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.
Избранный
4
10
oxu.az

10Источники