RU

Xızıda ağır qəza: 1 nəfər öldü, 3-ü yaralandı

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir - red), daha 3 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

Избранный
4
7
axar.az

10Источники