RU

Klubu ilə müqaviləni 1 il uzatdı - Məşhur hücumçu

“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az “todomercadoweb.es”-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib.

Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.

37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro qiymətləndirilir.

Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.

Избранный
18
sportinfo.az

1Источники